МONTE MELKONYANI KİM MƏHV EDİB ?
-
Azərbayсan mətbuatında ilk dəfə iki il əvvəl dərс olunmuş aşağıdakı məqalə bu mövzuya həsr olunub. Təəssüf ki, Azərbayсanın hərbi rəhbərliyi indiyədək yalnız xalqımızın ən qəddar düşmənlərindən birini deyil, yüzlərlə hərbiçimizin və mülki şəxsin ölümündə təqsirli olan insanı öldürmüş əsgərlərinin qəhrəmanlığını qiymətləndirməyb.
Bu günlərdə bütün Ermənistanda Melkonyanın xatirəsinə həsr olunmuş təntənəli tədbirlər keçirilir, Azərbayсanda isə "erməni əfsanəsini" həyatı bahasına dəfn etmiş döyüşçülər haqqında heç kim düşünmür. Bu qəhrəmanlardan biri bu günə qədər milli ordu с ərgələrində qulluq edir, digər ikisi isə qəhrəmanсasına həlak olub.
1993 ilin 4 iyun Gənсə hadisələrindən sonra сəbhədəki vəziyyət xeyli ağırlaşdı. Azərbayсan ordusunda yaranmış qarşıdurmadan ermənilər məharətlə istifadə etdilər. Belə ki, Sürət Hüseynovun dəstələri Bakı istiqamətində irəlilədiyi zaman ermənilər сəbhədə genişmiqyaslı huсum planı hazırlayırdılar. Bu planın ilk mərhələsindən biri Ağdamın ətrafında strateji məntəqələri ələ keçirib sonradan Ağdama hucuma keçmək idi. Bu əməliyyatı hazırlayanlardan biri erməni qoşunlarının Martuni istiqamətinə rəhbərlik edən Monte Melkonyan idi.
O zaman Azərbaycan və Ermənistan prezidentləri arasında razılıq əldə olunmuşdu ki, hər iki tərəf genişmiqyaslı əməliyyatlar keçirməsin. Buna baxmayaraq, iyunun 12-də ermənilər bu qeyri-rəsmi sazişi pozdu.
Azərbaycan ordusunun 708-ci briqadasının, 2-ci ehtiyat motoatıcı taburun komandiri Xətai Baxışovun dediklərindən:
1993 il iyunun 12-dək Ağdam istiqamətində ciddi döyüşlər getmirdi. Lakin həmin gün məlumat aldıq ki, ermənilər Əsgəran tərəfdən (19-ju postdan) hücuma keçib. Briqadamız hücümun qarşısını almaq üçün tədbir gördü. Amma bir müddətdən sonra aydın oldu ki bu, aldadıcı hücumdür və xəbər aldıq ki, ermənilər böyük qüvvə və texnika ilə Novruzlu-Mərzili kəndləri istiqamətində hücuma keçib. Canlı qüvvəni ermənilər ön cəbhəyə "Kaaz" və "Ural" m aşınları ilə gətirmişdilər və bir müddətdən sonra onlar Mərzili və Novruzlunu ələ keçirdilər.
Briqada komandirimiz Talıb Məmmədov prezident Elçibəyə zəng edib dedi ki, ermənilər sazişi pozub genişmiqyaslı hucuma keçib. Elçibəy Ter-Petrosyanla əlaqə saxladı. Ermənistan prezidenti dedi ki, məlumat düzgün deyil və erməni qoşunları sazişi pozmayıb. Elçibəy bu sözləri Talıb Məmmədova təkrar etdi. Onda briqada komandiri əsəbiləşərək bildirdi ki, bu dəqiqələrdə erməni tankı 19-cu postun qarşısında yanır v ə o, bunu öz gözləri ilə görür.
Bizim tabura göstəriş verildi ki, düşməni geri oturdaq. Biz əks-hücuma keçdik. Ağır döyüş idi. Ermənilərlər də, biz də itki verdik. Amma ermənilərin itkisi daha çox idi, həm canlı qüvvədə, həm də texnikada. Bir neçə saatdan sonra tab gətirə bilməyən ermənilər kəndi tərk etməyə başladılar.
Monte Melkonyan 1957-ci ildə ABŞ-da anadan olub, ali təhsilli arxeoloq idi. 1978-ci ildən başlayaraq Livanda erməni qruplaşmalarının silahlı dəstələrində döyüşürdü. Daha sonra İranda kürd döyüşçülərinin Türkiyə hökumətinə qarşı apardığı hərbi əməliyyatlarda iştirak edib. O, İranda Şah əleyhinə hərəkata da baş vurur və yenidən Livana qayıdır. 80-ci illərin əvvəlində Melkonyan ASALA terror tə şkilatının yaradıcılarından biri olur. O, bu terrorçu təşkilatın siyasi tələblərinin müəllifi idi: Türkiyə 1,5 mln. erməninin soyqırımını tanımalı, ermənilərə maddi kompensasiya verməli və "tarixi" erməni torpaqları onlara qaytarılmalıdı.
Daha sonra Melkonyan Avropa ölkələrində türk diplomatlarına qarşı bir neçə terror aktı təşkil edir. Eyni zamanda, o, terrorist internasionalının yaradıcılarından biri olur. Belə ki, Livanda ASALA-nın mövqeləri zəifləyəndə o, 1982 ildə Suriyaya üz tutur və Fələstin terrorçularının rəhbərlərindən biri olan Abu Nidalla sıx əlaqə saxlayır. Həmin illərdə o, SSRİ-nin Dovlət Təhlükəsizlik Komitəsi (KQB) və Rumıniyanın Sekuritate təhlükəsizlik xidməti ilə də əməkdaşlıq edir və Fələstin döyüşlərini Rumıniyaya Çauşesku rejiminə xidmət etməyə göndərir.
1981-ci il sentyabrın 24-də Melkonyan Parisdə Türkiyə səfirliyinə hücum təşkil edir. Həmin ilin noyabrında Fransa polisi onu saxta sənədlərlə həbs edir. Lakin ASALA bir neçə terror aktı keçirir və onun azad olunmasını tələb edir. Onu Livana deportasiya edirlər, amma Melkonyan yenə də Fransaya qayıdır və 1983-cü ildə Türkiyə aviaşirkətinin Parisin Orli aeroportundakı nümayəndəliyini partladır, 5 nəfər ölür, 55 nəfər yaralanır. 1985-ci ildə onu yenə də həbs edirlər və 6 il a zadlıqdan məhrum olunur (müxtəlif yerlərdə və vaxtlarda 4 partlayış törətdiyinə görə). ASALA terrorçularının tələbi ilə 1989-cu ildə onu buraxıb Yəmənə deportasiya edirlər. Lakin Melkonyan qeyri-qanuni yolla Avropaya qayıdır və orada il yarım qeyri-leqal y aşayır.
90-cı ilin əvvəllərində Melkonyan Ermənistana, daha sonra isə Qarabağa gəlir və erməni hərbi birləşmələrinin tərkibində döyüşür. 1991-ci ildə keçmiş Şaumyan rayonu Manaşid, Erkeç və Buzluq kəndlərində müdafiə təşkil edir. 1992-ci ildən o, Mar tuni rayonu cəbhəsində komandan olur, həmin ilin mayında Laçının işğalında, Ağdərədə gedən döyüşlərdə iştirak edir, Maçkalaşen kəndi yaxınlığındakı döyüşlərdə 70-dən çox azəri əsgərin öldürülməsinə bilavasitə rəhbərlik edib. 1993 ilin qışında Azərbaycan ordusunun bəzi qoşun hissələri Ağdərədən çıxarıldıqdan sonra ermənilər Qarabağın ətraf rayonlarının işğalı planını həyata keçirməyə başladılar. 1993-cü ilin aprelində Melkonyan Kəlbəcər əməliyyatını hazırlayıb həyata keçirənlərin biri idi. O, Ağda m əməliyyatını da hazırlamışdı və bu əməliyyat iyunun 12-də başladı.
Xətai Baxışovun dediklərindən: Artilleriyamızın düşmənin Mərzilidəki mövqelərinə sərrast atəşindən sonra biz texnika və canlı qüvvə ilə hücuma keçdik. Bu döyüşdə bizim əsgərlər və zabitlər əsl qəhrəmanlıq nümayiş etdirdilər. Bizim briqada artilleriyasının qərargah rəisi baş leytenant Vüqar Qurbanov ermənilərin texnikasının vurulmasında xüsusi rol oynamışdı. Vəziyyət elə gətirdi ki, o, əlində tapança düşmən tankına qarşı çıxıb əsgə rləri hucuma qaldırdı və həlak oldu. Ölüm-dirim döyüşündə tabur komandirinin müavini Nadir Qurbanov (Lökbatandan), İbarov Sarvan (Lerikdən) eyni qəhrəmanlıq göstərib şəhid oldular.
Bizim piyada döyüş maşınlarının ekipajları xüsüsi fərqləndilər. Onlar ermənilərin Kamazını və PDM-ini topdan vurdular. Hər iki maşında olan düşmən əsgərləri məhv oldu və yaralandı. Təzyiqə dözməyən ermənilər Mərzilidən çıxmağa başladılar. Bizim PDM-in ekipacı - Kəlbiyev Şaiq (Bilasuvardan), Asəf Mütəllimov (Neftçaladan ) və Əhliman Muxtarov (ad və familiya dəyişdirilib) ermənilərin texnika və canlı qüvvəsini dayanmadan atəş altında saxlayırdı. Bir anda düşmənin UAZ avtomaşını göründü və uşaqlar onu topdan atəşə tutdular. Maşının içindəkilər ətrafa səpələndi. İkinci ataşd ən sonra maşındakı 6 nəfərdən heç kəs ayağa qalxmadı.
Ermənilərin qaçdığını görən Şaiq və Asəf onların PDM-ini ələ keçirib kəndin qırağına sürürlər ki, bizim artilleriya onu dağıtmasın. Əhliman da yoldaşları ilə getmək istəyirdi, lakin Asəf və Şaiq onun cavan olduğunu nəzərə alıb yerində qalmağı əmr etdilər, döyüşün sonunu gözləməyi tapşırdılar.
Ermənilər öz PDM-lərinin tutulduğunu görüb onu tankdan atəşə tutdular. Şaiq o saat şəhid oldu, Asəf isə 3 gündən sonra. Əhliman sonradan özünü bağışlaya bilmirdi ki, dostlarının bu təhlükəli tədbirə getməsinin qarşısını almadı. Əhliman PDM-də tək qalmasına baxmayaraq, həm sürücü, həm də atıcı idi. Ermənilər nə qədər çalışsalar da onun PDM-ini vura bilmədilər.
Monte Melkonyanın qardaşı Markarın xatirələrindən:
"İyunun 12-də günorta Monte məlumat alır ki, Mərzilidə vəziyyət ağırdır və o, öz silahdaşları ilə maşına minib ora yollanır. Kəndə girəndə ermənilərin vəziyyətinin ağır olduğunu görür, lakin başa düşə bilmir ki, ermənilər haradadır azərbaycanlılar harada. Bu zaman təxminən 40 metrdə olan BMP onlara topdan atəş açır. Maşındakılar tökülüb yerə uzanır. İkinci mərmi Montenin arxasında gizləndiyi divarı sökür və onun ba şının yarısını aparır. Monte yerində keçinir. Onun müavini polkovnik Saribeq Martirosyan da ölür. Daha bir neçə nəfər ağır yaralanır. Onlar ratsiya ilə xəbər edib yardım istəyir və Monteni böyük çətinliklə Mərzilidən çıxara bilirlər.
Monte Melkonyan iyunun 19-da Yerevandakı qəhrəmanlar qəbiristanlığında dəfn edildi. Dəfndə 200 min insan iştirak edirdi. O zamankı Ermənistan prezidenti Levon Ter-Petrosyan Melkonyana "Milli qəhrəman" adı verdi, Qarabağ separatçıları eynilə onu qəhrəman və ən yüksək hərbi ordenlə (Ağ xaç) təltif etdi və Qarabağda 3 günlüg matəm elan olundu".
O vaxtdan hər il iyunun 12-də ermənilər Melkonyanı Qarabağda və Ermənistanda yad edir. Martunidə onun böyük heykəli ucaldılıb. Ona həsr olunmuş tədbirlər keçirir, kitablar buraxırlır, filmlər çəkirlir.
Asəf Mütəllimov Neftçalada dəfn olundu, Şaiq Kəlbiyev isə Biləsuvarda, hər birisi öz vətənində. O döyüşlərdə şəhid olub qəhramanlıq göstərən əsgərlərimizdən heç birisi orden və medal almadı, komandanlığın təqdimatına bax mayaraq.
Monte Melkonyanın həyatına son qoyan və qəhrəmanlıq göstərən üç əsgərimizdən biri bu gün də orduda qulluq edir. Ermənilərin ən tanınmış və təhlükəli komandirini məhv etməsinə baxmayaraq, o da heç bir mükafat almayb. Döyüşçümüz cəbhə bölgəsində xidmət edir və ermənilər onun əsl adını bilsələr, əllərindən gələni edərlər ki, onu ələ keçirsinlər.
Bu məqalə ilk dəfə dərc edildikdən sonra jurnalist həmkarlarımızdan biri materialda şərh olunmuş faktlarla razılaşmayaraq, iddia etdi ki, Monte onun başını kəsən və buna görə mükafat alan başqa Azərbaycan əsgərləri tərəfindən öldürülüb. Ucuz sensasiya ardınja gedən telekanallardan biri də sonradan bu versiyanı təkrarladı.
Həmin məqalənin müəllifi öz versiyasını təsdiq etmək üçün heç bir sənəd və fakt göstərmədi. Bundan başqa, məqalədə açıq-aşkar yalan və təhriflər var idi.
Düşməndən qisas almaq cəhdi tamamilə aydındır, amma hətta bu məsələdə belə yalan heç də yaxşı silah deyil.
Lakin başqalarının, xüsusən, artıq özünü müdafiə edə bilməyəjək insanların şöhrətini oğurlamağa cəhd hədsiz dərəcədə namərdlikdir.
Müəllif: Şahin Hacıyev - www.contact.com.az
Şərhlər(0)