Xalq jurnalisti: Gənclər Hərəkatı hardan maliyyələşir?
-
-
Xalq jurnalistikasını inkişaf etdirmək məqsədi ilə blogumuzda Azərbaycanda Gənclər təşkilatlarının haradan maliyyələşməsi ilə bağlı kiçicik bir sorğu keçirmək niyyətindəyik. Oxucular üçün də maraqlıdır ki, gündən- günə çoxlanan gənclər təşkilatları haradan maliyyələşir? Biz də bu sualla bəzi (hələki bəzi) gənclər təşkilatlarına ünvanladıq. Əziz oxucu sizin də Gənclər Təşkilatlarının haradan və necə maliyyələşdirilməsi haqqında fikirləriniz və şərhləriniz maraqlı olardı.
"OL" Gənclər Hərəkatının icraçı direktoru Vüqar Salamlı: Gənclər Təşkilatları fundraising aparmağı öyrənməlidir. Azərbaycanda bu termin nisbətən təzədir. Amma buna baxmayaraq biz bu texnologiyadan istifadə edərək, öz maliyyə sərbəstliyimizi təmin edə bilərik. "OL" Gənlər Hərəkatının haradan maliyyələşməsi sualına isə Vüqar Salamlı belə cavab verib: "Təşkilatımız əsas olaraq üzvlük haqqından maliyyələşir."
-
İRƏLİ Ümumrespublika Gənclər Hərəkatının mətbuat xidmətinin rəhbəri Mayis Musayevin fikrincə, gənclər təşkilatları həm dövlət, həm də özəl qurumlar, eyni zamanda fondlar tərəfindən maliyyələşməlidir:"Necə ki, bu gün Azərbaycanda ayrı-ayrı gənclər təşkilatları bu maliyyə mənbələrindənm istifadə edərək öz fəaliyyətlərini qururlar. İRƏLİ Gənclər Hərəkatının maliyyə mənbəyi məsələsinə gəldikdə isə, ilk növbədə burada İRƏLİ-nin missiyasına nəzər yetirmək lazımdır. İRƏLİ Gənclər Hərəkatı ölkə prezidenti İlham Əliyevi dəstəkləyən bir təşkilatdır. Bu baxımdan İRƏLİ-nin fəaliyyətinin maliyyəşməsinə yardım edən şəxslər də məhz İlham Əliyevi dəstəkləyən insanlardır." -deyə Musayev bildirib.
-
Yeni Fikir Gənclər Təşkilatının keçmiş liderlərindən biri Səid Nuri isə belə düşünür: Sivil Demokratik ölkələrdə Gənclər Təşkilatlarının əsas maliyyə mənbəyini təşkilat üzvlərinin, təşkilat fəaliyyətini dəstəkləyən müxtəlif şəxslərin ianəsi təşkil edir. Azərbaycanda isə vəziyyət tamamiylə fərqlidir. Çünki, bu gün Azərbaycanda gənclərin siyasi və ictimasi aktivliyi minimum səviyyəsindədir. Gənclər təşkilatlarında təmsil olunan gənclərin sayının az olması habelə onların maddi vəziyyətlərinin pis durumda olması Azərbaycanda gənclər təşkilatlarının ianələr hesabına maliyyələşməsini mümkünsüz edir.
Dalğa GH-nin üzvü olan Elşən Poladlı isə maliyyələşdirilmələri ilə bağlı konkret danışır: "Gənclər Təşkilatları da non-profit təşkilatlardandır və qrant hesabına maliyyələşmələri son dərəcə normaldır. Bundan başqa üzvlük haqqı, foundraising etməklə də maliyyəşə bilərlər. Dalğa Gənclər Hərəkatı keçirdikləri layihələr və üzvlük haqqları hesabına maliyyələşir. Hal-hazırda ABŞ-ın NED fondu ilə Demokratiya Məktəbi və ABŞ-ın Azərbaycandakı səfirliyi ilə "Biz Korrupsiya ilə nə əldə edirik" layihələrimiz var"
-
Müəllif: TİME.AZERİBLOG.COM
Müəllif: TİME.AZERİBLOG.COM
Maraqlıdır. Davamını gözləyirik!
May 16, 2008 10:50