Volf Messing haqda
-
-
-
-
-
-
-
-
-
Onu müayinə edən professor Abel bu sözləri deyir:“ Polisə xəbər vermək,oğlanın valideyinlərini tapmaq lazımdır, amma hələ ki, onun morqa aparın.”Bu sözləri eşidən Volf cavablayır: “Yox,məni heç yerə aparmayın,polislərə də xəbər verməyin”...
Məhşur Polyak və həm də Sovet telepatı və qipnozçusu-insan, kimin adı əfsanələrlə və ən qeyri-adi hadisərlə əlaqələndirilən Volf Messinq tarixdə insanların yaddaşında müxtəlif cür yadda qalmışdır. Onu möcüzələr etməyi bacaran insan və əksinə firildaqçılıqla məşqul ( Şarlotan ) olan kimi tanıyan olub. Amma , daha çox insanların yaddaşlarında xeyirxaq ,öz möcüzəli qüvvəsi ilə insanlara yardımçılıqla tanınıb. Onun istedadına Albert Enşteyn və Ziqmund Freyd kimi insanlar təəcüb ediblər. Stalin Volfun bu istedadını bilərək, onun Sovetlər birliyində yaşamasına imkan yaratmışdır.Hitler isə Messinqin başına 200 min marka təyin etmişdir.Hitlerin bu atdımı onunla əlaqələndirilir ki, Messinqin çıxışlarının birində Hitlerlə əlaqəli çıxış etmişdir.Belə ki, Volf demişdir: “Əgər Hitler,qoşunlarını Şərqə tərəf dondərərsə, məğlubiyyətlə qarşılaşacaq!”Bu çıxışı Hitler eşitmiş və onun tutulmasını əmr etmişdir.
Messinq 8 noyabr 1974-cü ildə həyatdan köçüb və onu Moskva yaxınlığında dəfn ediblər.
1899-cu il sentyabr ayın 10 Volf Messinq Varşava yaxınlığında anadan olmuşdur.Uşaqlıq illəri çox ağır keçib. Deyilənə görə, onun 6 yaşı olarkən evdən qaçıb və küçələrdə yaşayırdı.O, ayaqqabı təmizləmasi ilə pul qazanırdı.Və çox vaxt o, ac qalırdı. O, tez-tez aclıqdan huşunu itirərdi, yenə də o, huşunu itirir. Onu həkimlər müayinə edirlər. Cavab isə mənfi olur. Volfda yaşam əlamətinin olmadığını deyirlər. Onu müayinə edən professor Abel belə bu sözləri deyir:
“Polisə xəbər vermək lazımdır,oğlanın valideyinlərini tapmaq lazımdır,amma, hələ ki,onun morqa aparın.”Bu sözləri eşidən Volf cavablayır:-“Yox,məni heç yerə aparmayın,polislərə də xəbər verməyin”. Bu hadisədən sonra prof. Abel təəcüb edir və onun qeyri-adı gücə malik olduğunu ilk olaraq o aşkarlayır. Bu hadisədən sonra məhşur bir illizionist özünə köməkçi kimi yanınada işləməyə dəvət edir, bir müddət sonra Volf sərbəst solo çıxışlarına başlayır. Onun Almaniyada çıxışları geniş yayılır. Belə ki, çıxışları zamanı o M.Qandi, Z.Freyd, A.Enşteyin və bir çox dahi insanlarla görüşür .
2-ci dünya müharibəsi ərəfəsində onun çıxışlarının birində Hitler siyasəti haqqında o: - “Əgər Hitler,qoşunlarını Şərqə tərəf dondərərsə, məğlubiyyətlə qarşılaşacaq!” demişdir.
Bu isə Hitlerin heç xoşuna gəlmədi. Hitler onun başına 200 min marka pul təyin edir. Bundan sonra Volfun ağır günləri başlayır. O, dostlarının evlərində gizlənirdi, Və bir gün dostunun avtomobilində harasa gederkən qarşılarına Alman zabiti çıxır.Maşını saxlayır,sənədləri istəyir.Volf zabiti hipnoz etməyə macal tapmayıb zabitin zərbəsinə tuş gəlir.Volfu həbsxanaya gətirirlər. Orada o, özünə rahatlıq tapa bilmirdi.Özünü gündən-günə pis hiss edirdi.Və bir gün o, həbsxana gözətçisini hipnoz etdi və iki mərtəbəli ev hündürlüyə malik bir yerdən tullanmalı oldu. Bu zaman o, ayağından zədə alır, hansı ki, bu zədə onun ömrünün axırınacan onu incitdi.
O,həbsdən qaça bildi və üz tutdu Sovetlər Birliyinə.Burada da Volfun çıxışları haqqında hamı eşitmişdi. 1939-cu ildə 2-ci Dünya Müharibəsi artıq başlamışdı, o isə SSR-də idi. Əvvəlcə o, sirkdə illizionist kimi çıxış edirdi ,sonra isə solo çıxışları ilə kütlə qarşısında öz istedadını nümayiş edtirirdi. Stalinlə çoxlu görüşləri olub. Deyilənə görə Stalin siyasi məsələlərdə Messinqin köməyindən istifadə edib.
Messinqə kütlə qarşısında çıxışların birində belə bir saul olunmuşdu:
-“Volf, 2-ci dünya müharibəsi və SSR-i,bunlar haqqında nə deyə bilərsən?”
Volfun cavabı belə olmuşdur: “Mən Berlində Tankları görürəm.Tankları hansı ki, üzərində qırmızı ulduz olan”
Hadisələri qabaqcadan görə bilirdi.Belə ki, Stalinin qəbulu zamanı Stalinin ölümünün dəqiq vaxtını ona demişdir.1953-cü ildə SSR-inin yahudilərlə bağlı öz fikirini Stalinə çatdıran Volf, Stalinin yahudilərin bayramı zamanı ölməyəcəyini deyib və bu belə oldu.
1971-ci ildə onu SSR-in xalq artisti adına laiq bilirlər.
Onun ayağından aldığı zədə onu narahat edirdi.Belə ki,o,daha çox ayaqüstə qalırdı. Oturmaq və uzanmaq ona ağrı verirdi.1974-cü ildə onun qəfildən halı pisləşir və onu xəstxanaya yerləşdirirlər. Orada Volf öz şəkilini görüb ona deyir: “Hə,Volf bu da son” Və 8 noyabrda o,ömrünün 75-ci ilində həyatdan köçür.
Onun qeyri-adi qüvvəyə malik olduğunu insanlar deyirlər.O,öz çıxışları zamanı insanlara şəfa verirdi iddea edənlər az deyil. Həqiqətən də bu belədirmi?
Hazırladı: Hüseyn
Şərhlər(0)