Şərhlər yazaq... Həvəsləndirək!

Mən özüm təxminən 10-12 gün olar ki, blog istifadə edirəm. Blog mənə öz fikirlərimi caamatla bölüşməyə imkan yaradır. Bu çox əladır. Öz fikirlərimi insanlarla bölüşə bilirəm. Həm də bloqqerlərdən yeni- yeni şeylər öyrənirəm. Bu da inkişafdır. Bloglarda məni narahat edən problemlərdən biri insanların bloglarda aktiv şərh yazmamağıdır. Həqiqətəndə şərhlər çox olduqca Blog sahibi blogunu tez-tez aktivləşdirir. Bu da hamı üçün xeyirli və maraqlıdır! Xahiş edirəm ki, çalışıb bloglarda şərh yazasınız. Bu qədər... Şərhlərinizi gözləyəcəyik! Unutmayın, şərh yazmaq özü bir mənəniyyətdir!!!
Salam! Məncə problem şərh yazmamaqda yox, aktual mövzulara aid maraqlı yazıların olduqca az olmasıdır. Maraqsız yazılara isə nə şərh yazasan? Çox adam cür-bə-cür saytlardan məlumatları köçürüb bloqlarına yerləşdirir. Bu maraqlı deyil. Xəbərləri mən xəbərlər saytından oxuyaram, digər məlumatı isə də digər saytdan. Bloqda isə, aktual problemə məhz bloqçunun baxımı maraqlı və dəyərlidir. Bunu da çox adam başa düçmür. Bu mənim fikrimdir. Uğurlar!
May 11, 2008 20:18